Sumqayıt sakini evində yıxılaraq ölüb

Sumqayıt sakini evində yıxılaraq ölüb
# 10 aprel 2020 23:36 (UTC +04:00)

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

1977-ci il təvəllüdlü Şükürov Ədalət Yavər oğlu yaşadığı mənzildə yıxılaraq baş nahiyəsindən ağır zədə alıb. O, xəstəxanaya aparılıb və həkimlərin səylərinə baxmayaraq, 43 yaşlı kişini xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR