Sumqayıt sakini özünü yandırıb

Sumqayıt sakini özünü yandırıb
# 17 fevral 2021 13:38 (UTC +04:00)

Sumqayıt sakini özünü yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 12-ci mikrorayonda 20-ci binanın qarşısında baş verib. Belə ki, şəhər sakini , 1971-ci il təvəllüdlü Faiq İbrahimov özünü yandırıb. Nəticədə onun bədəninin çox hissəsi yanıb.

F. İbrahimov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

50 yaşlı kişinin hansı səbəbdən belə addım atdığı bilinmir. Onun narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR