Sumqayıt sakinindən silah-sursat götürülüb

Sumqayıt sakinindən silah-sursat götürülüb
# 11 fevral 2021 12:41 (UTC +04:00)

Sumqayıtda narkotiklə tutulan şəxsdən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini E.Muradov şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 49 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR