Sumqayıt sakinindən tapança götürülüb

Sumqayıt sakinindən tapança götürülüb
# 14 avqust 2020 12:37 (UTC +04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış revolver tipli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR