Sumqayıtda 12 mənzildən oğurluq edən şəxs tutulub

Sumqayıtda 12 mənzildən oğurluq edən şəxs tutulub
# 15 mart 2021 12:45 (UTC +04:00)

Sumqayıtda mənzillərdən silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisində 12 mənzildən elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə “Milli Ön” ödəmə terminalından 2500 manat pul oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR