Sumqayıtda 3 ay əvvəl itkin düşən şəxsin meyiti zirzəmidə tapılıb

Sumqayıtda 3 ay əvvəl itkin düşən şəxsin meyiti zirzəmidə tapılıb
# 15 mart 2021 14:09 (UTC +04:00)

Sumqayıtda 3 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində olan yeraltı sığınacaqlardan birinə baxış zamanı orada kişi meyiti aşkar edilib.

Aparılan araşdırma zamanı meyiti tapılan şəxsin, 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlu olması müəyyən olunub. Meyitin yanmış vəziyyətdə olduğu bildirilir. Mərhumun meyiti müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, X. Əmirov ötən ilin dekabrın 18-dən itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR