Sumqayıtda 30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb

Sumqayıtda 30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb
# 01 iyun 2020 11:57 (UTC +04:00)

Sumqayıtda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumat görə, 30 yaşlı S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR