Sumqayıtda 6 dəfə məhkum olunan şəxsdən silah götürülüb

Sumqayıtda 6 dəfə məhkum olunan şəxsdən silah götürülüb
# 23 iyul 2020 13:13 (UTC +04:00)

Sumqayıtda keçmiş məhkumdan silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR