Sumqayıtda 84 yaşlı kişi intihar edib

Sumqayıtda 84 yaşlı kişi intihar edib
# 28 mart 2021 15:49 (UTC +04:00)

Sumqayıt şəhərində 84 yaşlı kişi intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, şəhər sakini 1937-ci il təvəllüdlü Hüseynov Sərdar Zeynal oğlu özünü yaşadığı mənzildə asıb. İntiharın səbəbləri bilinmir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Hüseynov tək yaşayırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR