Sumqayıtda “Mercedes” yoldan çıxaraq aşıb - FOTO

Sumqayıtda “Mercedes” yoldan çıxaraq aşıb - FOTO
# 16 mart 2021 13:42 (UTC +04:00)

Sumqayıtda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində, 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, 99 DA 149 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Sürücü yaxınlıqdakı insanların köməyi ilə avtomobildən çıxarılıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR