Sumqayıtda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
# 30 noyabr 2020 14:55 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1960-cı il təvəllüdlü Hüseynova Adilə Hacıbaba qızını “Kia” markalı avtomobil vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR