Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
# 21 dekabr 2020 13:14 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Saray qəsəbəsinə gedən yolda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Əliyev Famil Fərman oğlu yolu keçmək istəyən zaman onu "Mercedes" markalı maşın vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR