Sumqayıtda avtomobil şüşəsi sındırılaraq qarət olunub - FOTO

Sumqayıtda avtomobil şüşəsi sındırılaraq qarət olunub - FOTO
# 04 iyun 2020 13:05 (UTC +04:00)

Sumqayıtda minik avtomobili şüşəsi sındırılaraq qarət olunub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində baş verib.

Belə ki, Kamil Axundova məxsus "Volksvagen Passat" markalı avtomobil şüşəsi sındırılaraq qarət olunub. Avtomobildən içərisində bank kartları olan pul qabı və qulaqcıq oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR