Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
# 09 sentyabr 2020 12:15 (UTC +04:00)

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 8-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini A. Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Zaur Cavadovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR