Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
# 30 dekabr 2020 08:55 (UTC +04:00)

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində baş verib.

Yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Yusifov Asif Yusif oğlunu "Opel" markalı avtomobil vurub.

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR