Sumqayıtda azyaşlı 4-cü mərtəbədən yıxılıb

Sumqayıtda azyaşlı 4-cü mərtəbədən yıxılıb
# 13 sentyabr 2020 00:36 (UTC +04:00)

Sumqayıtda azyaşlı hündürlükdən yıxılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda ev 66 ünvanında baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Məmmədov Hüseyn Fərhad oğlu beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb və o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR