Sumqayıtda bir həftə əvvəl başına dam örtüyü düşən qadın ölüb

Sumqayıtda bir həftə əvvəl başına dam örtüyü düşən qadın ölüb
# 30 mart 2021 13:36 (UTC +04:00)

Sumqayıtda bir həftə əvvəl başına dam örtüyü düşən qadın xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə martın 23-də şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, güclü külək nəticəsində yaşayış binasının dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətində olan qadın aparılan müalicə tədbirlərinə baxmayaraq bu gün vəfat edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR