Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb - VİDEO

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb - VİDEO
  • Clock-gray 13:21
  • calendar-gray 12 İyul 2020

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm  oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Bağırov Rövşən Xürrəm  oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

apa-logo-mini

Digər xəbərlər