Sumqayıtda güclü külək bir sıra fəsadlar törədib - FOTO

Sumqayıtda güclü külək bir sıra fəsadlar törədib - FOTO
# 23 mart 2021 16:10 (UTC +04:00)

Ötən gecədən başlayaraq əsən güclü külək Sumqayıt şəhərinin müxtəlif istiqamətlərində bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, külək yaşayış binaların qarşısında olan 8 iri gövdəli ağac kökündən çıxaraq aşıb.

Səhər saatlarında aşan ağaclardan biri 4-cü mikrorayon ərazisində 27/4 saylı binanın 3-cü mərtəbəsində eyvanı da uçurub.

Əraziyə Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin və Mənzil İstismar Sahəsinin əməkdaşları cəlb olunub.

Bildirilib ki, doğranaraq xüsusi avtomobillərə yığılan ağaclar ərazidən daşınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR