Sumqayıtda idarə rəisi koronavirusdan vəfat edib

Sumqayıtda idarə rəisi koronavirusdan vəfat edib
# 10 dekabr 2020 09:47 (UTC +04:00)

Sumqayıtda idarə rəisi yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Sukanal İdarəsinin rəisi İlqar Abdullayevə bir müddət öncə koronavirus diaqnozu qoyulub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq vəziyyəti pisləşən İ. Abdullayev Bakıda xəstəxanalardan birində 58 yaşında vəfat edib.

Qeyd edək ki, İ. Abdullayev 2019-cu ilin martından Sumqayıt Sukanal İdarəsinin rəisi vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR