Sumqayıtda iki nəfəri avtomobil vurub

Sumqayıtda iki nəfəri avtomobil vurub
# 18 sentyabr 2020 15:35 (UTC +04:00)

Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol qəzaları olub.

APA-nın yerli bürosunun məlumatına görə, hər iki hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 5-ci mikrorayon ərazisində avtomobil yolu keçmək istəyən şəhər sakini, 1991-ci il təvəllüdlü Səhhətli Aslan Sahib oğlunu vurub.

Digər hadisə şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Şıxəliyeva Səadət Ağababa qızını avtomobil vurub.

Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR