Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var - FOTO

Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var - FOTO
  • Clock-gray 09:16
  • calendar-gray 30 May 2020

Sumqayıt şəhərində “DAF” və “КamAZ" markalı iki yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

apa-logo-mini

Digər xəbərlər