Sumqayıtda karantin qaydalarını pozan restoran aşkarlanıb, 16 nəfər cərimələnib

Sumqayıtda karantin qaydalarını pozan restoran aşkarlanıb, 16 nəfər cərimələnib
# 20 yanvar 2021 11:57 (UTC +04:00)

Sumqayıt şəhərində karantin qaydalarının pozan restoran aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.

İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq, hər biri 200 manat cərimə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR