Sumqayıtda mağaza qarət olunub

Sumqayıtda mağaza qarət olunub
  • Clock-gray 12:13
  • calendar-gray 06 Mart 2021

Sumqayıt şəhərində evə bitişik olan mağazadan oğurluq edilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində Əliislam Əliyev küçəsi ev 455-də baş verib.  Belə ki, gecə saatlarında mağazanın dəmir qapısının linglə açıb içəri daxil olublar. İçəri girən şəxs mağazada olan pul kisəsindən 335 manat pul vəsaitini, enerji içkilərini və siqaretləri götürərək aradan çıxıb. Ev sahibi Yeganə Əhmədovanın sözlərinə görə, səsə oyanıb və bir nəfər şəxsin qaçaraq uzaqlaşdığını görüb. Ümumilikdə zərərçəkən Yeganə Əhmədovaya 500 manatdan çox ziyan dəyib.  Hadisə barəsində polisə məlumat verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu artıq son iki həftədə Corat qəsəbəsində 4-cü mağaza oğurluğudur.

Ramil Zeynallı

Digər xəbərlər