Sumqayıtda market əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda market əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb
# 12 sentyabr 2020 20:29 (UTC +04:00)

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonda yerləşən "Al market"də qeydə alınıb.

Belə ki, marketin əməkdaşı, 1995-ci il təvəllüdlü Əliyev Mehman Faiq oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bıçaqlanan şəxs cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR