Sumqayıtda marketdən oğurluq edilib - FOTO

Sumqayıtda marketdən oğurluq edilib - FOTO
# 01 mart 2021 01:48 (UTC +04:00)

Sumqayıt şəhərində fəaliyyət göstərən marketlərin birindən oğurluq edilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Corat qəsəbəsində icarədar Nasir Əliyevin marketində qeydə alınıb.

Zərərçəkmiş Nasir Əliyev deyir ki, obyektə daxil olan naməlum şəxs və ya şəxslər ona külli miqdarda ziyan vurublar. Oğrular içəri keçmək üçün marketin hər hansı bir hissəsini sındırmayıblar. Əksinə, açarseçmə üsulu ilə obyektə daxil olub, oradan əllərinə nə keçibsə aparıblar. Zərərçəkmişə ümumilikdə 800 manata yaxın maddi ziyan vurulub.

Qeyd edək ki, ərazidə və ya marketdə hər hansı bir təhlükəsizlik kamerası yoxdur. Marketin icarədarı N.Əliyev hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR