Sumqayıtda marşrut avtobusunun iştirakı ilə qəza baş verib, xəsarət alan var - FOTO

Sumqayıtda marşrut avtobusunun iştirakı ilə qəza baş verib, xəsarət alan var - FOTO
# 29 yanvar 2020 12:53 (UTC +04:00)

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb. Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR