Sumqayıtda mebel təmiri sexində yanğın olub

Sumqayıtda mebel təmiri sexində yanğın olub
# 10 dekabr 2020 15:55 (UTC +04:00)

Sumqayıtda mebel təmiri sexində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Hadisə nəticəsində sexin dam örtüyü və tikilinin içərisində olan əşyalar yanıb.

Xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR