Sumqayıtda minik avtomobili yanıb

Sumqayıtda minik avtomobili yanıb
# 10 noyabr 2020 14:19 (UTC +04:00)

Sumqayıtda minik avtomobili yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində "BMW" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR