Sumqayıtda minik maşını ağaca çırpılıb

Sumqayıtda minik maşını ağaca çırpılıb
# 15 fevral 2020 17:20 (UTC +04:00)

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü qarşısına çıxan piyadanı vurmamaq üçün idarəerməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Xəsarət alan olmasa da, minik vasitəsi yararsız hala düşüb. Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR