Sumqayıtda mənzildə meyit tapılıb

Sumqayıtda mənzildə meyit tapılıb
# 08 aprel 2020 08:44 (UTC +04:00)

Sumqayıt şəhərinin 16-cı məhəlləsində mənzildə meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, mənzillərdən birinə keçirilən baxış zamanı 1969-cu il təvəllüdlü Aslanov Yaşar İsa oğlunun meyiti tapılıb.

Onun hansı səbəbdən öldüyü bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR