Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
# 26 noyabr 2019 12:09 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 25-də saat 6 radələrində St.Sumqayıt qəsəbəsi ərazisində qeydə alınıb. Corat qəsəbə sakini S.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən şəhər sakini Cəlal Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR