Sumqayıtda qadın evini yandırıb - FOTO

Sumqayıtda qadın evini yandırıb - FOTO
# 11 yanvar 2021 15:13 (UTC +04:00)

Sumqayıtda qadın evini yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonu, ev 10/5-də qeydə alınıb.

Belə ki, şəhər sakini, 1957-ci il təvəllüdlü Panova Qalina Vladimirovna yaşadığı mənzili yandırıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.

Tək yaşayan qadının spirtli içki aludəçisi olduğu bildirilir.

Yanğının, qadının çəkdiyi siqareti döşəməyə atması səbəbindən baş verdiyi ehtimal edilir.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR