Sumqayıtda satıcının əl-ayağını bağlayıb mağazdan 7 min manatlıq oğurluq ediblər

Sumqayıtda satıcının əl-ayağını bağlayıb mağazdan 7 min manatlıq oğurluq ediblər
# 30 mart 2021 12:15 (UTC +04:00)

Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR