Sumqayıtda taksi qəzaya düşüb

Sumqayıtda taksi qəzaya düşüb
# 24 noyabr 2020 16:01 (UTC +04:00)

Sumqayıtda iki avtomobil toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh və Bakı küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Sülh küçəsi istiqamətindən gələn taksi şirkətlərindən birinə məxsus "Kia Rio" markalı avtomobil Bakı küçəsindən gələn "Opel Vectra" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR