Sumqayıtda tanışını güllələyən şəxsin məhkəməsi başlayır

Sumqayıtda tanışını güllələyən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 09:00
  • calendar-gray 02 Mart 2021

Sumqayıtda adam öldürməyə cəhddə təqsirləndirilən Loğman Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovin icraatına verilib.

Qeyd edək ki, ötən il oktyabrın 15-də, saat 09 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Natiq Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Sumqayıt şəhər sakini Loğman Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yalçın Səlimovu öldürmək məqsədilə ov tüfəngindən atəş açıb, lakin sonuncunun qaçması səbəbindən həmin vaxt orada olan tanışı Natiq Çələbiyevin atəş nəticəsində çoxsaylı xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Loğman Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Səlcuq Elçin

Digər xəbərlər