Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb

Sumqayıtda yük maşınlarının iştirakı ilə qəzalar olub, 3 nəfər xəsarət alıb
  • Clock-gray 11:06
  • calendar-gray 21 Yanvar 2021

Sumqayıtda yol-nəqliyyat hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “КамАЗ” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Sumqayıt şəhəri ərazisində “ВАЗ” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Səlcuq Elçin

Digər xəbərlər