Suriyada döyüşən azərbaycanlılara hökm oxunub

Suriyada döyüşən azərbaycanlılara hökm oxunub
# 11 dekabr 2019 10:12 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəmsəində Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Əfqan Aslanov və Bilal İsmayılovun hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər.

Onlar 2014-cü ildə Azərbaycana qayıdandan sonra həbs ediliblər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR