Suriyada döyüşən azərbaycanlının cinayət işi məhkəməyə göndərilib

Suriyada döyüşən azərbaycanlının cinayət işi məhkəməyə göndərilib
  • Clock-gray 10:15
  • calendar-gray 05 Dekabr 2019

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rasi Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilən, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.

R. Abbasova Cinayət Məcəlləsinin 218.2-ci (birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib. 

Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date