Tovuzda 17 yaşlı oğlanı maşın vurub, vəziyyəti ağırdı

Tovuzda 17 yaşlı oğlanı maşın vurub, vəziyyəti ağırdı
  • Clock-gray 00:35
  • calendar-gray 26 Noyabr 2019

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən rayonun Düz Qırıqlı kənd sakini, 2002 ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu minik maşını vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdilib. S.Ələkbərovun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date