Tovuzda 25 yaşlı oğlan özünü asıb

Tovuzda 25 yaşlı oğlan özünü asıb
# 01 iyun 2020 09:59 (UTC +04:00)

Tovuzda 25 yaşlı oğlan intihar edib.

APA-nın məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Kamil Səfərov fərdi yaşayış evinin yaxınlığında yerləşən ayaqyolunun tavanından özünü asaraq öldürüb.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Hüquq-mühafizə oqranlarınıpn əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Ailəsinin verdiyi məlumata görə, K. Səfərovun psixoloji pozuntuları olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR