Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub - FOTO

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub - FOTO
# 23 yanvar 2020 18:10 (UTC +04:00)

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd ərazisində çalışan “Poladyol” şirkətinin əməkdaşları - Tovuz sakinləri Abdullayev Suliddin Valeh oğlu, Abdülvəzirov Ayət İsmayıl oğlu və Türkiyə vətəndaşı Xudayi Nihadı elektrik cərəyanı vurub.

Yaralılar Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

S. Abdullayev və A. Abdülvəzirovun vəziyyəti ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR