Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
# 09 mart 2021 03:16 (UTC +04:00)

Tovuzda baş vermiş yol qəzasında bir nəfər ölüb, 5 nəfər isə xəstəxanadadır.

APA-nın yerli bürosnun məlumatına görə, ölən şəxs Göygöl rayon sakini, 1976-cı il təvəllüdlü Aytəkin Niyazovadır.

Xəsarət alanlar isə 1995-ci il təvəlüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov, 1976-cı il təvəllüdlü Könül Kərimova və 1972-ci il təvəllüdlü İlqar Quliyevdir.

***

Saat 01:25

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının üzərində yerləşən körpünün üstündə qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "Toyota" markalı avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsaət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Avtoqəzanın yolun buz bağlaması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR