Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb

Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb
# 23 may 2020 08:16 (UTC +04:00)

Tovuzda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 38 yaşlı M.Tağıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR