Tovuzda azyaşlını avtomaşın vurub - FOTO

Tovuzda azyaşlını avtomaşın vurub - FOTO
# 04 avqust 2020 20:06 (UTC +04:00)

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

2009-cu il təvəllüdlü Əli Ayvazov yolu keçmək istəyən zaman onu "VAZ 2107" markalı minik maşını vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR