Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
# 28 noyabr 2020 11:10 (UTC +04:00)

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S. Gülməmmədov yaşadığı evə göndərilib, onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR