Tovuzda hamilə qadın pomidordan zəhərlənib

Tovuzda hamilə qadın pomidordan zəhərlənib
# 07 iyun 2020 11:16 (UTC +04:00)

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun İbrahimhaclı kəndində baş verib.

Belə ki 1982-ci il təvəllüdlü Samirə Əkbərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə 38 yaşlı hamilə qadın pomidordan zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR