Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Tovuzda həyat yoldaşını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 26 mart 2020 16:37 (UTC +04:00)

Tovuzda qadını bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs 1990-cu il təvəllüdlü Hümbətov Musa Aydın oğludur.

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

M. Hümbətov Aytəkin Mehtiyevanın həyat yoldaşıdır.

***

saat 15:52

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərinin Nizami Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mehtiyeva Aytəkin Vaqif qızı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR