Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.