Tovuzda kişini qətlə yetirib su kanalına atıblar - FOTO - YENİLƏNİB

Tovuzda kişini qətlə yetirib su kanalına atıblar - FOTO - YENİLƏNİB
# 05 aprel 2020 12:10 (UTC +04:00)

Tovuzda su kanalında meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur.

Məlumata görə, həmin şəxs qətlə yetirildikdən sonra su kanalına atılıb.

saat 11:15

Tovuzda kişi meyiti tapılıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb. Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR